Azərbaycanlı FİFA referisi qəzada öldü - YENİLƏNİB - FOTO

5-01-2015, 16:10   
Azərbaycanlı FİFA referisi qəzada öldü - YENİLƏNİB - FOTO
15:58

Azərbaycanlı FİFA referisi Xəlil Hüseynli dünyasını dəyişib. Milli.Az xəbər verir ki, bu barədə apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, 29 yaşlı hakim bu gün avtomobil qəzasında həlak olub.

“Xəlil Hüseynli avtomobil qəzasında dünyasını dəyişib. Hazırda onun hüzr mərasimindəyik”, - HK sədri bildirib.

Futzal üzrə FİFA referisi olan Hüseynli bu gün səhər 11:00-12:00 radələrində Zabrat yolunda ağır avtoqəza keçirib. Nəticədə 29 yaşlı hakim faciəvi şəkildə dünyasını dəyişib, idarə etdiyi "VAZ 2106" markalı avtomobil isə tamamilə yararsız hala düşüb.

Məmmədov bildirib ki, mərhum bu dəqiqələrdə torpağa tapşırılacaq: “Acı xəbər bizi sarsıtdı. Özümüzü pis hiss edirik. Cənazəsi evindən götürülür. İndilərdə mərhumu torpağa tapşıracağıq”.

---------
11:25

Bakı səhəri ağır qəza ilə açıb.

Səhər Sabunçu rayonu, Zabrat yolunda iki “VAZ-2106” markalı avtomobil toqquşub. Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, qəza zamanı bir nəfər ölüb. Maşından yaralı çıxarılan bir nəfər isə xəstəxanaya aparılıb.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.