Kral ailəsi ilə Klintonun adı- Seks qalmaqalında hallandı

5-01-2015, 16:13   
Kral ailəsi ilə Klintonun adı- Seks qalmaqalında hallandı
İngiltərə Kral ailəsini sarsan seks skandalında ABŞ-ın eks prezidenti Bill Klintonun da adı hallanıb.
30 yaşı olan Vircinia Robertsin 17 yaşı olarkən şahzadə üçün “seks köləsi” olaraq istifadə edildiyi iddiaları yayılandan sonra ingilis mətbuatı xəbərin izinə düşüb. Məlum olub ki, 17 yaşlı qızı bu münasibətə zorlayan pedofil kimi tanınan milyarder Ceffri Epsteyn Bill Klinton, Kevin Spacey və Kris Tuker ilə yaxın dostdur və Klinton vəzifəsindən getdikdən sonra 2002-2005-ci illərdə pedofil milyarderin təyyarəsi ilə Karib adalarında iş adamına məxsus adaya dəfələrlə gedib və orada təşkil olunan seks partilərinə qatılıb.

Qeyd edək ki, şahzadə Endryu haqqında mətbuatda gedən xəbərlər Buckinham sarayı tərəfindən dərhal təkzib edilib və yalan olduğu bildirilib. Vircinia isə uzun müddətdir ki, bu taleni yaşayan bir çox qızlar kimi səssiz qaldığını, lakin bundan sonra susmayacağını deyib. Vircinianın atası isə idda edib ki, qızı kraliça ikinci Elizabetlə də tanış olub. Lakin bu iddia da saray tərəfindən yalanlanıb. Şahzadə Endryu isə yayılan iddialardan sonra ilk dəfə olaraq dünən İsevçrədəki dağ evindən çıxarkən kameralara yaxalanıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.