Yevlaxda qətl törədilib. Lent.az-ın məlumatına görə, rayon sakini Nuranə Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Nuranə Abdullayevanın qaynı Samir Abdullayev tərəfindən qətlə yetirilməsi məlum olub. O, polis tərəfindən saxlanılıb.
S.Abdullayev istintaqa ifadəsində qətli qısqanclıq zəminində törətdiyini deyib.
Faktla bağlı araşdırma aparılır.