“Xidmət hərəkatı”nın lideri Fəthullah Gülən Türkiyə Prezidenti Tayyib Ərdoğanı Adolf Hitlerə bənzədib.
Axar.az xəbər verir ki, Yeni ilin ilk günlərində yenidən Gülən-Ərdoğan qovğası qızışıb. Nurçu lider Hitlerin intihar etdiyini yada salaraq fironların eyni aqibəti yaşayacaqlarını xatırladıb.
“Yalnız öz rifahı üçün çalışan, səadət sarayları tikənlər axırda rəzil şəkildə ölürlər. Allah buna heç zaman biganə qalmaz. İntiqam hissi ilə yaşayanlar, iftira atanlar, qarşısındakıları sürü kimi görənlər özləri o günə düşürlər”, - deyə Gülən bildirib.
Qeyd edək ki, Gülənlə Ərdoğanın arasındakı intriqa hakimiyyətdə, polis və məhkəmə sistmində olan nurçuların təmizlənməsi ilə davam edib. Vaxtilə Gülənin çiyinlərində iqtidara gələn Ərdoğan hakimiyyətdə mövqelərini möhkəmləndirəndən sonra Gülənə qarşı çıxaraq nurçuları zəiflətməyə çalışır.