Madhu Kinnar Hindistanda mer vəzifəsinə seçilmiş ilk transseksual kimi tarixə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə France-Presse Agentliyi məlumat yayıb. Yanvarın 4-də keçirilmiş seçkilərin nəticələrinə əsasən, Kinnar ölkənin Rayqarx şəhərinə rəhbərlik edəcək. O, rəqibini 4500 səs qabaqlayaraq bu vəzifəni tutub. Rayqrax şəhəri 150 min insan yaşayır.
“İnsanlar mənə olan inamlarını nümayiş etdirdilər. Mən bu qələbəni mənə qarşı olan sevgi və etibar kimi qiymətləndirirəm. Əlimdən gələni edəcəyəm ki, onların arzularını yerinə yetirim”-deyə yeni mer jurnalistlərə açıqlamasında bildirib.
Buna qədər aşağı kastanın nüməyəndəsi olan Madhu Kinnar elektrik qatarlarında oxuyub-oynamaqla pul qazanıb. İcma ona seçkilərə qatılmağı təklif edəndən sora hazırki mer bu işini buraxıb.
Qeyd edək ki, Hindistanın Ali Məhkəməsi 2014-cü ilin aprelində ölkədə üçüncü cinsin varlığını tanıdığını elan edib. Belə ki, transseksual hindlilər pasportlarında qadın, kişi cinsindən əlavə üçüncü cinsi də qeyd edə bilərlər. Kinnar bu qərardan 9 ay sonra qələbə qazanıb.
Cənubi Hindistanda transseksualları toxunulmazlar kastasına aid edirlər.