Serj Qarabağda nəzarəti itirdi

5-01-2015, 22:39   
Serj Qarabağda nəzarəti itirdi
“Münaqişə tərəfləri arasında etimad yoxdursa, Qarabağ nizamlanmasında hər hansı pozitiv irəliləyiş ola bilməz”.

Belə bir açıqlama ilə Ermənistanın əsas müxalif qurumu olan Erməni Milli Konqresinin Xarici əlaqələr komissiyasının sədri Vladimir Karapetyan çıxış edib.

“Etimaddan danışarkən mən əldə olunan anlaşmaların həyata keçirilməsinə hazırlığı və imkanları nəzərdə tuturam. Əgər Azərbaycana münasibətdə anlaşmalara əməl olunacağına inam yoxdursa, Ermənistan nümunəsində əsas problem imkanların yoxluğudur. Serj Sərkisyan ölkədəki vəziyyətə o dərəcədə nəzarət eləmir ki, bundan istifadə edib Qarabağ nizamlanmasına, qarşılıqlı güzəştlərə dair öz baxışlarını və yanaşmalarını cəmiyyətə təqdim eləsin”, - deyə müxalifət təmsilçisi deyib.

Karapetyan Sərkisyanın konstitusiya islahatlarının da baş tutmayacağına əmindir: “Belə şəraitdə o, ciddi proseslərə cəlb oluna bilməz. Bunu təkcə rəqib yox, vasitəçilər də anlayır. Elə buna görə də prosesi aktivləşdirmək üçün xüsusi səylər göstərmirlər. Yaxın vaxtlarda məsələdə ciddi dəyişiklik gözlənilmir, hərgah Ermənistan XİN-i qaynar fəaliyyət illüziyası yaratmağa çalışır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.