"Türkiyə xüsusi təyinatlıları İŞİD daxilində vuruşur"

5-01-2015, 22:49   
"Türkiyə xüsusi təyinatlıları İŞİD daxilində vuruşur"

"Türkiyə hökuməti bizi məhv etmək üçün əlindən gələni edir".

Axar.az xəbər verir ki, bu bəyanatla PKK-nın İcra Şurasının sədri Cəmil Bayık çıxış edib.

Bayık İŞİD və Azad Suriya Ordusu daxilində Türkiyə xüsusi təyinatlılarının heç bir yerdə qeydiyyatı olmayan qeyri-rəsmi birliklərinin PKK-ya qarşı vuruşduqlarını iddia edib.

Bayık Türkiyənin rəsmi olaraq PKK-ya qarşı müharibə etməyəcəyini bildirməsinə baxmayaraq, bu cür yollarla onlarla müharibə aparıldığını da vurğulayıb.

Öz bəyanatını çox ağır qiymətləndirən Bayık təbliğat aparmadığını, problemin necə həll ediləcəyinə dair fikirlərinin olmadığını qeyd edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.