ABŞ-ın Qarabağ arxayınçılığının səbəbi nədir?

6-01-2015, 10:27   
ABŞ-ın Qarabağ arxayınçılığının səbəbi nədir?
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli haqqında yeni açıqlama verib.

Amerikalı həmsədr Ceyms Uorlik ÿözünün “twitter” səhifəsində bu barədə yazıb. “2015-ci il Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həlli və sülh üçün bir il olmalıdır. Zorakılıq isə buna cavab deyil”, deyə amerikalı diplomat qeyd edib.ÿÿ



Politoloq Vəfa Quluzadənin fikrincə, amerikalı həmsədrin məsələyə bu cür münasibət sərgiləməsi təsadüfi deyil. Çünki Rusiyanın hazırda üzləşdiyi durum Qarabağ probleminin çözümü istiqamətində müəyyən irəliləyişlərə nail olmağa imkan yaradır: “Uorlikin Qarabağ məsələsinin həll olunmasına bu dərəcədə əminliklə yanaşmasının səbəbləri var. Birinci səbəb ondan ibarətdir ki,ÿ2015-ci ildə Rusiya imperiyası çökəcək və bu çöküş də Qarabağ məsələsinin sülh yolu ilə tezliklə həllinə imkan verəcək. Yoxsa, Qarabağ məsələsinin başqa yolu yoxdur.ÿDigər tərəfdən, Rusiya Azərbaycana təzyiq göstərmək üçün qoşunların təmas xəttində ermənilərin vasitəsilə müxtəlif provokasiyalar təşkil edir. Bu təhlükənin mövcudluğu Uorliki narahat edir”(“Modern.az”).



Siyasi ekspert Rahim Hacıyevin fikrincə, Uorlikin son açıqlaması həmsədr dövlətlərdən birinin nümayəndəsinin Qarabağ probleminin həlli ilə bağlı daha bir optimist fikri kimi qiymətləndirilə bilər. Dəfələrlə belə arzu və istəklərin ifadəsinin şahidi olduqlarını deyən R.Hacıyev vurğuladı ki, başlıca məsələ heç də problemin mövcudluğu deyil: “Böyük əhəmiyyət kəsb edən məsələ problemin həllini təmin edəcək əlverişli şəraitin olmamasıdır. Şübhə yoxdur ki, həmsədr dövlətlərin problemin həllinə münasibətdə mövqeləri kəskin şəkildə fərqlənir. Bu problemin yaranmasında müstəsna rol oynamış Rusiya münaqişənin həllində heç zaman ciddi səylər göstərməyib. Çünki Qarabağ probleminin mövcudluğu Rusiyanın bu regionu nəzarətində saxlamaq üçün başlıca vasitədir. Problemin həlli xeyli mənada Rusiyanın regiondakı proseslərə təsir imkanının zəifləməsi ilə bağlıdır. Açıq bildirmək lazımdır ki, Rusiya Qərblə qarşıdurma nəticəsində ciddi şəkildə zəifləsə və diqqəti daxili problemlərə yönəlsə, o halda Qarabağ probleminin həllində imkanlar yarana bilər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.