“Səudiyyə Ərəbistanının Kralı Abdullah ibn Əbdüləziz əl Səud həyatını itirib”.
Axar.az “Golosislama.com” saytına istinadən xəbər verir ki, bu barədə informasiya ərəb sosial şəbəkələrində yayılıb.
Hələlik bu məlumatları heç bir rəsmi mənbə təsdiq etməyib.
Qeyd edək ki, Kral Abdullah dekabrın 31-də pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Bundan öncə isə sosial şəbəkələrdə şahzadə Salmanın yaxın saatlarda andiçməyə gətiriləcəyi informasiyası yayılmışdı. Səudiyyə Ərəbistanın rəsmi agentliyi olan SPA isə krallığın ən mühüm şəxslərinin Ər-Riyadda Abdullahın olduğu xəstəxanaya toplaşdığı haqqında məlumat dərc etmişdi. Hospitala gələnlər arasında varis şahzadə Salman bin Əbdüləziz əs-Səud, Müdafiə naziri şahzadə Sultan bin Əbdüləziz də olub.