ABŞ generalı: “İŞİD-lə son savaşa hazırlaşırıq”

6-01-2015, 15:20   

ABŞ hərbçiləri İraq Silahlı Qüvvələrini İŞİD-lə son döyüşə hazırlayır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ generalı Stiv Uorren çıxış edib.

O, təlimlərin 6 həftə üçün nəzərdə tutulduğunu deyib. General hazırlıqların Bağdadın şimalında yerləşən Taci şəhərindəki bazada aparılacağını bildirib:

“Biz İraqın 4 diviziyasını hazırlayacağıq. Ümumi olaraq 5 min əsgərə təlim keçmək nəzərdə tutulub”.

Qeyd edək ki, hazırda İraqda 1800 amerikalı hərbçi var. Onların sayının yaxın həftələrdə 3 min nəfərə çatdıralacağı gözlənilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.