Manatımız Tiflisdə 25 faiz gücləndi

6-01-2015, 15:40   
Manatımız Tiflisdə 25 faiz gücləndi

Gürcüstan Milli Bankı yanvarın 6-da milli valyuta – larinin yeni məzənnəsini müəyyənləşdirib.
yanvarın 6-da 1 lari (GEL) 1.87 ABŞ dollarına bərabər olub.

Milli Bankın müəyyən etdiyi məzənnəyə əsasən, yanvarın 6-da 1 avro – 2.2, 1 ingilis funt sterlinqi – 2.9, 1 dollar – 1.9, 1 türk lirəsi – 0.8, 100 rubl – 3.2, 1 manat – 2.4, 1000 Ermənistan dramı – 3.95, 10 Ukrayna qrivnası – 1.2 lari təşkil edib.

Rəqəmlərdən göründüyü kimi, Azərbaycan manatı xarici valyutalarla müqayisədə mövqeyini daha da möhkəmləndirərək funt sterlinqdən sonra ikinci yerdə qərarlaşıb.

Bildirək ki, Gürcüstanda inflyasiya və larinin zəifləməsi o qədər sürətlə gedir ki, Milli Bank artıq vəziyyətə nəzarət edə bilmir. Bir neçə gün öncə Azərbaycan manatı bu ölkədə 1,8-2 lariyə bərabər idisə, indi bu rəqəm təxminən 25 faiz artıb.
Axar.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.