Yol polisi məlumat yaydı.
Azərbaycanda bayram günlərində baş verən yol qəzalarında ölənlərin və xəsarət alanların sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev oxu.az-a veridyi məlumata, dekabrın 31-dən yanvarın 5-dək respublikanın avtomobil yollarında 60 yol qəzası baş verib. Nəticədə 23 nəfər ölüb, 84 nəfər yaralanıb.
Təkcə yanvarın 4-də ölkə ərazisində 9 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 9 nəfər ölüb, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Belə ki, ən dəhşətli yol qəzası Şamaxı rayonunda qeydə alınıb. Yük maşının “Mercedes” markalı minik avtomobilinin üstünə aşması 6 nəfərin həyatına son qoyub.