Astrologiyada Keçi əsasən incəsənətin himayədarı kimi səciyyələndirilir.
Buna baxmayaraq tədqiq etdiyimiz tarixi hadisələr arasında bu sahəyə aid bir faktla da üzləşmədik.
Amma dünyanın bir çox ölkələrində, xüsusən də türk dünyasında baş verən böyük olaylara kifayət qədər təsadüf etdik.
Və əldə etdiyimiz nəticələr heç də bədbinləşməyə əsas vermir.
Gəlin bu xronologiyanı birlikdə izləyək:
Osmanlılar Krımı fəth edib (1475)
Krım türkləri Moskvanı fəth edib (1571)
Vezuvi vulkanının püskürməsi nəticəsində 4 min nəfər həlak olub (1631)
Sankt-Peterburq şəhərinin əsası qoyulub (1703)
Paraqvay İspaniyadan ayrılaraq müstəqillik əldə edib (1811)
Liberiya müstəqillik əldə edib (1847)
Şeyx Şamil Həcc ziyarəti zamanı vəfat edib (1871)
Bakı-Tiflis dəmiryol xətti açılıb (1883)
Krakatau vulkanının püskürməsi nəticəsində yaranan sunamidən İndoneziyada 36 min insan həlak olub (1883)
Radio ixtira olunub (1895)
Beynəlxalq Nobel mükafatı təsis olunub (1895)
Lümyer qardaşları ilk filmi nümayiş etdiriblər (1895)
İlk vertolyot Fransada havaya qalxıb (1907)
"Bəhlul" jurnalı dərcə başlayıb (1907)
"Səadət" xeyriyyə cəmiyyəti fəaliyyətə başlayıb (1907)
Məşhur aktyor Hüseyn Ərəblinski öldürülüb (1919)
Qars ermənilər tərəfindən işğal olunub (1919)
"Molodyoj Azerbaydjana" qəzeti nəşrə başlayıb (1919)
Əfqanıstan istiqlaliyyət qazanıb (1919)
İngilis qoşunları Bakını tərk edib (1919)
Bakı Dövlət Universiteti yaradılıb (1919)
Yaponiya qoşunları Mancuriyanı işğal edib (1931)
Tehranda Çörçill, Ruzvelt və Stalin arasında ikinci Dünya Müharibəsinin sonrakı taleyini həll edən görüş keçirilib (1943)
Təbrizdə Azərbaycan Demokratik Firqəsi yaradılıb (1943)
Tokio məhkəməsi sovet kəşfiyyatçısı Rixard Zorge haqqında ölüm hökmü çıxarıb (1943)
Livan müstəqilliyini elan edib (1943)
Azərbaycan Respublikasının banisi M.Ə.Rəsulzadə Ankarada dünyasını dəyişib (1955)
Kaliforniyanın Anahaym şəhərində "Disneylənd" parkı açılıb (1955)
Dünyada ilk dəfə olaraq SSRİ-də "RDS-37" adlı hidrogen bombasını sınaqdan keçirib (1955)
Sudan Müstəqillik əldə edib (1955)
Brüsseldə binada baş verən yanğın nəticəsində 320 nəfər həlak olub (1967)
İsrail Şərqi Qüdsü işğal edib (1967)
Bakıda metro nəqliyyatı fəaliyyətə başlayıb (1967)
İranda İslam İnqilabı qələbə çalıb (1979)
Sovet Ordusu Əfqanıstanı işğal edib (1979)
SSRİ-nin sonrakı taleyinin həllinə yönələn ilk və sonuncu ümumittifaq referendumu keçirilib (1991)
Azərbaycanın dəyərli ziyalıları və ictimai xadimləri Aydın Məmmədov və Dilarə Əliyeva faciəli surətdə həlak olublar (1991)
Hindistanın baş naziri Raciv Qandi öldürülüb (1991)
Praqada Varşava müqaviləsinə xitam verilib (1991)
Ermənilər Dağıstan ərazisində Moskva-Bakı qatarında partlayış törədib (1991)
Azərbaycanın say-seçmə oğulları Qarabağın Qarakənd səmasında, müəmmalı vertolyot qəzasında həlak olublar (1991)
Dağlıq Qarabağın Muxtariyyət statusu ləğv olunub (1991)
Türkiyədə ilk kürd dilli qəzet "Rojname" nəşrə başlayıb (1991)
Kərkicahan qəsəbəsi işğal olunub (1991)
Azərbaycanın Dövlət Müstəqilliyi qazanıb (1991)
Nelson Mandela Cənubi Afrikanın başçısı olub (1991)
Azərbaycanda ilk prezident seçkiləri seçilib (1991)
Haitidə dövlət çevrilişi baş verib (1991)
Boris Yeltsinin fərmanı ilə Sovet İttifaqı Kommunist Partiyasının fəaliyyəti dayandırılıb (1991)
SSRİ-də ilk müstəqil telekanal - ANS fəaliyyətə başlayıb (1991)
Azərbaycan Respublikasının Dövlət Bayrağı təsdiq edilib (1991)
ABŞ-Böyük Britaniya koalisiyası ikinci dəfə İraqa hücum edib (2003)
Güney Azərbaycan türkü Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb və bu, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb (2003)