Fransa prezidentindən şok etiraf: "Hərbi müdaxilə etmədiyimiz üçün peşmanam"

6-01-2015, 16:29   
Fransa prezidentindən şok etiraf: "Hərbi müdaxilə etmədiyimiz üçün peşmanam"
Fransa prezidentindən şok etiraf:
"Frans İnter" radiosuna müsahibə verən Fransa prezidenti Fransua Olland 2013-cü ildə Əsəd rejiminə qarşı hərbi müdaxilə etmədiyi üçün peşman olduğunu bildirib.

Avropa.info xəbər verir ki, İŞİD-ə qarşı Suriya prezidenti Bəşər Əsədə yardım edib-etməyəcəkləri haqqında suala Olland belə cavab verib: “Bu cür əlaqələrdən çəkinmək daha yaxşıdır".

Suriya müxalifətinə yardım etməyin vacib olduğunu bildirən Olland sözlərinə davam edib: “2013-cü ildə Suriyada Əsəd rejimi kimyəvi silahdan istifadə etdiyi zaman hərbi müdaxilə etmədiyimiz üçün peşmanam. Müdaxilə olmadı və indi qarşımızda İŞİD var”.

Olland İranın İraq və Suriyada sülhün bərqərar olması üçün mühüm faktor olduğunu bildirib.

Qeyd edək ki, 2013-cü ilin avqust ayının 21-də Əsəd rejimi Dəməşqin Şərqi Ğuta bölgəsində kimyəvi silahdan istifadə etmiş və nəticədə 1400-dən çox dinc əhali həlak olmuşdu. Hadisə yerinə gələn BMT-nin araşdırma heyəti bölgədə kimyəvi silahdan istifadə edildiyini təsdiqləmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.