General-leytenant intihar etdi

6-01-2015, 16:42   

Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Anatoli Kudryavtsev intihar edib. Modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, mədə xərçəngi diaqnozu ilə müalicə alan general bədənindəki ağrılara dözə bilmədiyi üçün özünü öldürüb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kudryatsev qapının cəftəsinə bağladığı məftillə özünü asıb. 77 yaşlı general-leytenant özünə qəsd etməzdən öncə yazdığı məktubda ölümünə görə heç kimin onu mühakimə etməməsini və artıq 4-cü mərhələdə olan xəstəliyin doğurduğu ağrılara dözə bilmədiyi üçün intihar etdiyini yazıb.

Bundan öncə, xərçəng xəstəlyindən əziyyət çəkən Rusiya Dəniz Donanmasının kontr-admiralı Vyaçeslav Apanasenko da intihar edib.


O, ölümqabağı məktubunda federal proqram üzrə ona verilməli olan ağrıkəsicilərin verilməməsinə etiraz əlaməti olaraq bu addımı atdığnıı yazmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.