Suriyanın Deyr əz-Zur rayonunda İŞİD terror qruplaşmasının yüksək çinli komandirinin cəsədi tapılıb.
Musavat.com-un verdiyi xəbərə görə, bu barədə Suriya müxalifəti xəbər yayıb.
Cəsəd üzərində ağır işgəncə əlamətlərinin olduğu, başın kəsildiyi deyilir. Müxalifətin məlumatına görə, söhbət İŞİD-in regiondakı “polis rəisi” və eyni zamanda “əmirin müavini” olan bir şəxsdən gedir.
Cəsəd üzərində belə bir yazı olub: “Bu - şərdir”. Kəsilən başın ağına isə siqaret taxılıb.
Mənbənin bildirdiyinə görə, yerli əhali İŞİD-çilərin törətdiyi vəhşiliklərə bu cür qisas aktları ilə cavab verir.