Britaniyada paradoksal cinayətlə bağlı məhkəmə prosesi başa çatıb. Qızının nikah və toyu üçün hazırladığı 20 min funt-sterlinqi oğurlayan ana bu pullarla borclarını ödəyib. Daha sonra isə həmin ana Misirdə istirahətə yollanıb, məbləğin yerdə qalanı isə "Selfridges" marketində sərf olunub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 23 yaşlı Denver Betinin atası öləndə o, 30 min funt-sterlinq məbləğində pulun varisi olmuşdu.
Denver bu pulu nikah və toy mərasimi üçün nəzərdə tutmuşdu.
Amma Denverin anası, 44 yaşlı Trudi Kollins qızını dilə tutaraq "bank kartını mənə ver, pin-kodunu de: sən o pulları xərcləyərsən, mən isə saxlayaram" demişdi.
Anasına inanan Denver razılaşmışdı.
İngiltərənin Preston şəhərindəki Kral Məhkəməsinin qərarı ilə Trudi Kollins 12 ay müddətinə azadlıqdan məhrum olunub.