İran nazirləri Bakıya niyə gəlir?

6-01-2015, 19:47   

İran İslam Respublikasının İqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.

O “Trendə” açıqlamasında qeyd edib ki, Ə.Təyyibniya Azərbaycanın İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayevin rəsmi dəvəti ilə Bakıya yanvarın üçüncü ongünlüyündə səfər edəcək.

Səfir bildirib ki, səfər zamanı tərəflər arasında iki ölkənin iqtisadi əlaqələrinin inkişaf etdirilməsi müzakirə olunacaq.

İran Xarici İşlər nazirinin müavini və İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Elm və araşdırmalar idarəsinin rəhbəri Hadi Süleymanipur da Azərbaycana səfər edəcək.

H.Süleymanipur Azərbaycan Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin dəvəti ilə yanvarın 21-22-də Bakıda səfərdə olacaq.

Bundan başqa qonağın səfər zamanı ADA Universiteti və İran XİN-in Elm və araşdırmalar idarəsi rəsmiləri arasında müzakirələr aparılacağ da bildirilib. Rəsmi məlumatda iki ölkə arasında tələbə və müəllim mübadiləsi və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Həmçinin, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması da istisna edimir.

Vurğulayaq ki, son vaxtlarda İran səlahiyyətlilərinin Azərbaycana üz tutması intensivləşib. Təkcə ötən ilin sonlarında İranın Gənclər və İdman naziri Mahmud Qudərzi, noyabr ayında Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur, noyabrın əvvəli və sonlarında Sənaye, Mədən və Ticarət naziri Məhəmməd Reza Nemətzadənin Bakıya 2 dəfə gəlişi reallaşıb.

Dünya bazarında neft qiymətlərinin düşməsi, Rusiyaya qarşı sanksiyaların region dövlətlərinə təsiri keçirilən görüşlərdə əsas müzakirə mövzusu ola bilər. Bundan başqa, yaxın vaxtlarda iki ölkə arasında mühüm sənədlərin imzalanacağı da istisna edilmir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.