Tiflis Xəzər qazının ixracı üçün Kremllə razılaşıb

6-01-2015, 20:07   


“Rosneft”in Gürcüstan bazarına girməsi Rusiya hökuməti ilə olan müqavilənin nəticəsidir.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının deputatı David Darçiaşvili çıxış edib.

O, bu müqavilənin Gürcüstan üçün riskli olduğunu bildirib:

“Petrocas Energy Limited” şirkətinin rəhbəri Yakobaşvilinin özünün şəxsi problemləri var və bəlkə də onun siyasət haqqında düşünməyə imkanı yoxdur. “Rosneft”ə şirkətinin 49% səhminin satılması Gürcüstan üçün çox risklidir. Rusiya biznesinin Gürcüstanda olmasının heç bir problemi yoxdur, amma məsələ burada kimin kimi idarə etməsidir. Saakaşvilinin dövründə rus biznesi üçün burada problem yox idi. Belə götürəndə, 49% səhm o qədər də təhlükəli deyil. Lakin biz normal şəraitlərdə yaşamadığımızı və səhmi alan şirkətin düşmən ölkənin iradəsini yerinə yetirdiyini nəzərə alsaq, burada qorxmaq üçün səbəblərimiz yarana bilər. Bu müqavilə birbaşa Rusiya hakimiyyəti ilə razılaşdırılıb”.

Qeyd edək ki, “Petrocas Energy Limited” şirkəti Xəzər qazının Qara dənizə çıxarılmasında mühüm rol oynayır. Şirkət ilə “Rosneft” arasında 2014-cü ilin martından danışıqlar aparılır. Amma həmin vədələrdə danışıqların yalnız əməkdaşlığı genişləndirmək məqsədiylə edildiyi bildirilirdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.