Bəzi rayonlarda təbii qaz təchizatı məhdudlaşdırılır

6-01-2015, 20:46   
Bəzi rayonlarda təbii qaz təchizatı məhdudlaşdırılır
Azərbaycanın bəzi rayonlarında təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


Yanvarın 7-də saat 10-dan 18-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yaşma” qazpaylama stansiyasında, eləcə də bir neçə ölçü qovşağında, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Hacıqabul-1” və “Kürdmaşı”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Kövər”, Astara magistral qaz kəmərləri sahəsinin “Lerik” və “Yardımlı” qazpaylama stansiyalarında, həmçinin qaztənzimləmə məntəqələrində təmir işləri aparılacaq.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təmir müddətində Xızı rayonunun Yaşma və Giləzi, Hacıqabul rayonunun Hacıhətəmli, Kürdmaşı, Aşıq Bayram və Qarakollu, Yevlax rayonunun Kövər-1, Malbinəsi, Qoyunbinəsi, Kolanı, Hacımahmudlu və Quzanlı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Lerik və Yardımlı rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.