İŞİD-ə qoşulmaq istəyən qardaş bacısını öldürüb.
“Qafqazinfo” radikal.com-a istinadən xəbər verir ki, hadisə Danimarkanın Horsens şəhərində baş verib. Suriyanın məşhur aktrisası Şinda Halil 3 ildir ki, birlikdə yaşadığı qardaşı tərəfindən öldürülüb.
Məlumata görə, qardaşı Suriyaya getmək üçün Şindadan 100 avro istəyib. İŞİD-ə qoşulmaq istədiyini bilən aktrisa pulu verməkdən imtina edib. Bu zaman qardaşla bacı arasında mübahisə yaranıb. 27 yaşlı oğlan bacısına bıçaqla zərbələr endirərək boğazını kəsib. Şindanın qardaşı hadisə yerindən qaçıb, polis faktla bağlı araşdırma aparır.