Türkiyənin İstanbul şəhərindəki Sultanahmet meydanında güclü partlayış baş verib.
Report xəbər verir ki, hadisə nəticəsində iki polis yaralanıb. Eyni zamanda hücumu reallaşdıran qadın kamikadze ölüb. Polislərdən birinin ağır xəsarət aldığı və xəstəxanaya qaldırıldığı bildirilib.
Məlumata görə, terrorçu-kamikadze özünü Sultanahmetdəki polis şöbəsinə girməyə cəhd göstərsə də, ancaq polislər buna imkan verməyib və bombanı şöbənin qarşısındakı postun yanında partladıb.
İstanbul valisi Vasip Şahin hadisə ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, qadın kamikadze polis şöbəsinə ingilis dilində danışaraq pulqabısını itirdiyi bəhanəsi ilə daxil olub və özünü partladıb: "Kenan Kumaş adlı polis məmuru ağır yaralıdır və xəstəxanadadır. Digər polis əməkdaşı isə yüngül yaralanıb. Hazırda ölən kamikadzenin şəxsiyyəti müəyyənləşdirilir".