Prezidentin sevgi macəralarından film çəkilir- Fotolar

6-01-2015, 21:16   

Fransa prezidenti Fransua Ollandın keçmiş xanımı Valeri Trierveylerin kitabı əsasında film çəkiləcək.


“Qafqazinfo” The Independent-ə istinadən xəbər verir ki, “Bu an üçün təşəkkürlər” adlı xatirələr toplusunu fransız rejissoru, eyni zamanda Trierveylerin dostu Səidə Cavad ekranlaşdıracaq.

Filmdə Valeri həqiqətləri bəyan etmək uğrunda mübarizə aparan nümunəvi qadın obrazındadır.

Filmin çəkilişlərinin vaxtı hələ ki, məlum deyil.

Qeyd edək ki, Onlar rəsmi nikahda olmasalar da, Trierveyler Fransanın birinci xanımı hesab olunurdu. Cütlük 2014-cü ilin yanvarında, Fransua Ollandın həyat yoldaşına aktrisa Jüli Qaye ilə xəyanət etməyindən sonra ayrılıb.

Kitabda bundan xəbər tutan Trierveylerinin dərman ataraq intihara cəhd etməsi faktı da öz əksini tapıb.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.