Peşmərgə Kobaninin 80%-ni terrorçuların əlindən azad edib
Kürd özünümüdafiə qüvvələri Suriyanın Kobani şəhərinin ümumi ərazisinin 80 faizindən çoxunu İŞİD döyüşçülərindən geri ala bilib.
Peşmərgə rəsmilərinin məlumatına görə, bazar ertəsi kürd özünümüdafiə qüvvələri şəhərin mərkəzində yerləşən inzibati dairəni tamamilə ekstrimistlərdən təmizləyib.
Həmçinin İŞİD-ə qarşı uğurlu əməliyyatların Kobaninin cənub-şərqi və şimalında aparıldığı bildirilir. İŞİD əsas şərq cəbhəsindən güclü müqavimət göstərir. Kürd döyüşçülər həmçinin şəhərin strateji əhəmiyyətli Cəbəl-Maştanur təpəsindən qaçmağa vadar edərək, orada xeyli sayda silah-sursat ələ keçirib.
Peşmərgənin əməliyyatlarının effektiv olmasına ABŞ və müttəfiqlərinin hava qüvvələrinin endirdiyi aviazərbələri kömək olur.