Türkiyənin yenidən Davosa qatılmasının – Səbəbi

6-01-2015, 23:09   
Türkiyənin yenidən Davosa qatılmasının – Səbəbi
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu 2009-cu ildə onun İsrail prezidenti ilə məhşur “Van minut” qalmaqalı oldu. Məhz bu qalmaqaldan sonra Ərdoğan Davos İqtisadi Forumuna getmədi və beş il ərzində öz vədinə sadiq qaldı”.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyası Araşdırmalar İnstitutunun direktoru, YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi Elman Nəsirov deyib.

Politoloqun sözlərinə görə, beş ildən sonra bütün situasiyanın və Ərdoğanın statusunun dəyişməsi artıq Türkiyənin bu forumda iştirakını mümkün edir:

“Nəzərə alsaq ki, Türkiyə iqtisadiyyatı bu gün çox sürətlə inkişaf edir və ölkənin ümumi daxili məhsulu 830 milyard dolları ötüb. Növbəti 4 il ərzində, yəni 2018-ci ilə qədər bunun 1.3 trilyon dollara çatdırılması planlaşdırılıb. Bildiyimiz kimi, Davos - ən qabaqcıl iqtisadiyyata malik və iqtisadi baxımdan imkan və potensiallarını nümayiş etdirmək iqtidarında olan dövlətlərin forumudur. Dünyanın çox nəhəng transmilli şirkətləri və böyük biznes iş adamlarının iştirakını nəzərə aldıqda, Türkiyənin Davos İqtisadi Forumuna yenidən qatılmasını xarici investorların cəlb olunması baxımından çox mühüm və əhəmiyyətli hadisə hesab etmək olar”.

Politoloq Türkiyənin bu şansdan istifadə etmək istədiyini və bu addımı isə məhz iqtisadi hədəflərdən dolayı atdığını bildirib:

“Eyni zamanda, Türkiyənin 2023-cü ilə qədər əsas hədəflərindən birinin ölkənin ümum daxili məhsulunu 2 trilyon dollara çatdırmaq olduğunu nəzərə alsaq, bu, çox ciddi bir addım olacaq. Həmçinin burada 2023-cü ilə qədər xarici ticarətin həcminin 500 milyard dollara çatdırılması da əsas hədəflərdən biridir. Bunu reallaşdırmaq üçün şübhəsiz ki, Türkiyənin xarici investisiyalara böyük ehtiyacı var. Bu baxımdan da Baş nazir Əhməd Davudoğlunun başçılığı altında Türkiyənin yenidən Davosa qatılması mühüm əhəmiyyət daşıyır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.