İstanbulda planlaşdırılan ikinci terror aktının qarşısı alınıb.
“Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən məlumatına görə, polis bir neçə saat öncə baş verən partlayışın yaxınlığında şübhəli bağlama aşkar edib. Onun içində də partlayıcı olduğu məlum olub.
Həmin bağlama hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
İlk terror aktı baş vermiş Sultanahmet rayonunda başqa bombanın olması da istisna edilmir.
Hazırda həmin ərazidə polis nəzarəti gücləndirilib.
Qeyd edək ki, bu gün Sultanahmet rayonunda silahlı şəxsin törətdiyi partlayış nəticəsində 3 nəfər ağır yaralanmışdı. Son məlumatlara görə, polislərdən biri artıq dünyasını dəyişib.