"Bu gün hamımızı imtahandan kəsdilər, sonra 60 manat verdik, keçdik" - Sumqayıt Dövlət Universitetinin tələbəsi

7-01-2015, 00:04   
"Bu gün hamımızı imtahandan kəsdilər, sonra 60 manat verdik, keçdik" - Sumqayıt Dövlət Universitetinin tələbəsi
Məlum olduğu kimi, ali təhsil müəssisələrində qış imtahan sessiyasına start verilib.

Təəsssüf ki, imtahan sessiyası başlayar-başlamaz redaksiyamızın poçtuna Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrdən rüşvət yığılması ilə bağlı məktub daxil olub.

Məktubda iddia olunur ki, universitetin Riyaziyyat fakültəsinin tələbələrindən bu gün rüşvət yığılıb. Adının hallanmasını istəməyən tələbənin məktubunda deyilir: "Bütün qrup imtahandan kəsildi. Axşam saat 7-yə qədər universitetdə qaldıq. 60 manatdan yığıb verdik, məsələ həll olundu - hamı imtahandan keçdi".

İş vaxtı bitdiyindən məsələ ilə bağlı universitetin mövqeyini öyrənmək mümkün olmadı. Sabah qarşı tərəfin də mövqeyini diqqətinizə çatdıracağıq.

Qeyd edək ki, yenicə geridə buraxdığımız 2014-cü ildə SDU-da Prezident İlham əliyevin sərəncamı ilə rektor dəyişikliyi edilmişdi. 2013-cü ilin sonlarına yaxın rektor Nadir Qəhrəmanov vəzifəsində azad edilmiş, BDU-nun prorektoru Elxan Hüseynov bu təhsil ocağına prorektor, 2014-cü ilin mart ayında isə rektor vəzifəsinə təyin edilmişdi.

Təhlilçilər bu kadr dəyişikliyinin universitetdəki neqativ halların aradan qaldırılması və təhsilin müasir tələblər səviyyəsində qurulması zərurəti ilə əlaqələndirirdilər.

Elçin Əliyev
http://168saat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.