Lənkəranda qəza törədən dövlət yol polisi əməkdaşı işdən qovulub.
Axar.az-a yerli mənbədən verilən məlumata görə, Lənkəran RPŞ DYP şöbəsinin əməkdaşı Hüseynov Tural Abdulhüseyn oğlu polis sıralarından xaric edilib. Onun ötən ilin noyabrında rayon ərazisində özünə məxsus “Mersedes” markalı avtomobilini ağaca çırpması karyerasının sonuna səbəb olub.
Sabiq polisin içkili vəziyyətdə sürətlə maşın idarə etdiyi üçün işdən qovulduğu bildirilir.
Qeyd edək ki, ilk olaraq Axar.az-ın yazdığı bu faktı Lənkəran Rayon Mərkəzi Xəstəxanasından təsdiqləmişdilər.
Rayonun Şilavar kənd sakini olan T.Hüseynov sol körpücük sümüyünün yer dəyişməyən qapalı sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. İlkin tibbi yardım göstərildikdən sonra ambulator müayinəyə buraxılmışdı.