Prezidentin tıxacda qalmasına görə cəzalandığı deyilən generalla bağlı açıqlama

7-01-2015, 11:42   
Prezidentin tıxacda qalmasına görə cəzalandığı deyilən generalla bağlı açıqlama
Polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) mətbuatda idarənin rəis müavini, polis general-mayoru Həsən Şirinov haqqında yayılan məlumatlara aydınlıq gətirib.
idarənin mətbuat xidmətindən APA-ya bildirilib ki, son günlər internet və çap mediada BŞBPİ-nin rəis müavini, polis general-mayoru Həsən Şirinovun vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əsassız məlumatlar yayılıb:

“Rəsmən bildiririk ki, bu xəbərlər həqiqətə uyğun deyil. Polis general-mayoru Həsən Şirinov hazırda baş idarənin rəis müavini vəzifəsindədir və xidmətini davam etdirir”, - deyə idarədən bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.