“Yeni stansiyada işlər yekunlaşmaq üzrıədir və yaxın vaxtlarda sərnişinlərin ixtiyarına veriləcək”.
Bu sözləri Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev stansiyalarda aparılan təmir işləri barədə məlumat verərəkən dedi. N.Paşayevin sözlərinə görə, bir neçə stansiyada təmir işləri artıq yekunlaşmaq üzrədir:
“Metronun təmirə ehtiyac duyulan stansiyalarında işlər davam etdirilir. Bəzi stansiyaların giriş və çıxış hissələrində işlər yekunlaşmaq üzrədir”.
Metronun “Avtovağzal” stansiyanının açılışına da toxunan qurum rəsmisi bildirdi ki, stansiya yaxın vaxtlarda sakinlərin ixtiyarına veriləcək:
“Artıq “Avtovağzal” stansiyasında da işlər yekunlaşmaqdadır. Bu il ərzində stansiyanın açılışını planlaşdırırıq. Stansiya ətrafında da təmir-yenidənqurma işləri aparılmalıdır. Yaxın vaxtlarda “Avtovağzal” stansiyası sərnişinlərin istifadəsinə veriləcək”.