İnsanlar ilanın uşağa zərər verə biləcəyindən qorxurlar
14 aylıq qız piton ilanı ilə oynayır.
ANS PRESS-in məlumatına görə, amerikalı bir ata 14 aylıq qızının piton ilanı ilə oynadığını videoya çəkərək paylaşıb. Videoda 10 yaşlı ilan körpə qızın ətrafında dolanır, körpə isə tam qorxusuz həmin ilana toxunur, qorxmur. Lakin paylaşılan bu video bir çox izləyicilərdə narazılıq yaradıb. İnsanlar ilanın uşağa zərər verə biləcəyindən qorxurlar.
Balaca qızcığazın atası isə qızı üçün he bir təhlükənin olmadığını deyir. O, peşəkar ilan təlimçisidir. 34 yaşlı 3 qız atası olan Quarinio bu videonu məqsədli çəkdiyini deyib. "Mən demək istəyirəm ki, ilanı şeytan yaratmayıb. İlanlar da sevimli və zərərsiz ev heyvanı ola bilərlər", - deyə Quarinio narazı insanlara müraciət edib.
Quarinio evində 30-a yaxın ilan saxlayır. O, qızlarının ilanlarla oynamağı xoşladıqlarını, böyük qızının isə ilanlara baxmaqda ona kömək etdiyini də deyib.
[media=https://www.youtube.com/watch?v=4atY73op0GQ]