"Canlı bomba"nın kimliyi məlum deyil

7-01-2015, 16:24   
"Canlı bomba"nın kimliyi məlum deyil
İstanbulun Sultanahmet səmtində üzərinə bomba bağlayaraq partlayış törədən qadın terrorist kimdir?

Musavat.com-un məlumatına görə, dünən partlayış törədən qadının kimliyi hələ də məlum deyil.

Terroru üstlənən DHKP-C terror təşkilatı “Canlı bombanın” Əlif Sultan Alken olduğunu bildirmişdi. Lakin Elifin ailəsi məhkəmə tibbi ekspertizasına gələrək cəsədin qızlarına aid olmadığını deyib.

Bu məlumatdan sonra Türkiyə polisi açıqlama verərək bildirib ki, bundan əvvəl verilən ad doğru deyil.

Qeyd edək ki, dünən axşam saatlarında Sultanahmetdə üzərinə bomba bağlamış qadır terror törədib. Hadisə zamanı 1 polis və terrorçu qadın ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.