MSK sədri videolu faktı təkzib etməyə çalışdı

7-01-2015, 17:59   
MSK sədri videolu faktı təkzib etməyə çalışdı
“71 saylı Masallı kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin seçkilərə kölgə salmaq niyyəti hiss olunur”
“71 saylı Masallı kənd Seçki Dairəsində hansısa maraqlı qüvvənin dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin demokratikliyinə kölgə salmaq niyyəti hiss olunur”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

O deyib ki, dünyanın heç bir yerində hər şey ideal deyil və seçkilərdə heç bir qanun pozuntusu olmadığının iddia edilməsini düzgün saymır: “Ola bilməz ki, məntəqədə 10 saat səsvermə getsin, hansısa xoşagəlməz hal olmasın. Səsvermə zamanı hansısa pozuntuların baş verməsindən kimsə sığortalanmayıb, seçkidə milyonlarla insan iştirak edir. Məntəqədə kimsə birini itələyib qabağa keçə, məntəqə sədri də onu buraxa bilər. Ancaq bunların səsvermənin nəticəsinə təsiri yoxdur. Masallıdan gələn şikayətlərdə isə iddia edirlər ki, səslər sayılmadı. Çox maraqlı iddialar var. Hiss olunur ki, şikayət edən insanların özləri bu şikayətlərdə maraqlı deyil. O məsələdə marağı olan o dərəcədə sadəlövh fikirlər bildirməz. Ona görə də belə təəssürat yaranır ki, o insanlardan istifadə olunub. Onlara sonradan müraciət edəndə məlum olub ki, çoxları etdikləri şikayətlərin məzmununu yada sala bilmir. Ona görə də Masallıda nə isə bir əl hiss olunur”.

MSK sədri 75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyasının seçkidən öncə namizədlərin qeydiyyatı ilə bağlı fəaliyyətinin yarıtmaz olduğunu da qeyd edib.

Xatırladaq ki, bu gün bir çox saytlarda 71 saylı DSK-nın işçisinin videolentə alınmış etirafı yayılıb. Həmin videolenti yenidən təqdim edirik:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.