Odessada jurnalistə canlı yayımda hücum etdilər

5-05-2014, 11:05   

Ukraynanın Odessa vilayətində "Kanal 5"in aparıcısı hücuma məruz qalıb.

Jurnalist Odessa şəhərinin mərkəzindən canlı reportaj hazırlayarkən rusiyameyilli sakinlərdən biri ona yaxınlaşıb. Təxminən 50 yaşlı qadın jurnalistdən hansı televiziya kanalında çalışdığını soruşur. Jurnalist isə ona heç bir cavab vermir.

"Qorxma, səni döymərik. De görüm hansı kanalda işləyirsən" qadın deyir. Jurnalist danışmağa başlayanda isə qadın onun Kiyevdən gəldiyini başa düşür və ona hücum edir. Bunu görən digər sakinlər də "kanal 5"in aparıcısına və operatoruna təhqiramiz sözlər deyərək onları qovmağa başlayırlar.
[media=http://www.youtube.com/watch?v=l6P1BT5ktCw]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.