Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Parisdəki hücumun arxasında İŞİD var? - Foto

7-01-2015, 19:35   

Bu gün silahlı hücuma məruz qalan “Charlie Hebdo” jurnalı hadisədən bir neçə saat öncə Tvitterdə İŞİD lideri Əbubəkr Bağdadi ilə bağlı karikatura paylaşıb.

Axar.az xəbər verir ki, jurnalın paylaşdığı karikaturada Bağdadi xütbə verərkən təsvir edilib və “Bağdadinin də arzusudur: “Hər şeydən öncə sağlamlıq” ifadələrinə yer verilib.

Qərb mətbuatı silahlı hücumun arxasında bu karikaturanın ola biləcəyini iddia edib.

Bu gün “Charlie Hebdo” jurnalının redaksiyasına təşkil edilən hücum nəticəsində 11 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Jurnal 2012-ci ildə Məhəmməd Peyğəmbərin karikaturalarını yayımladığına görə ciddi tənqid olunmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar