“İranda məni korrupsiyada günahlandıranlar ən azından bir-iki sənəd ortaya qoysunlar”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Azərbaycan əsilli iş adamı Rza Zərrab çıxış edib. O, heç bir qeyri-qanuni iş görmədiyini bildirib:
“İranda məni korrupsiyada günahlandıranlar ən azından bir-iki sənəd ortaya qoysunlar. Əgər günahkaramsa, niyə gəlib məni tutmurlar? Gəlib sənədləri təqdim etsinlər və məni tutsunlar”.
Zərrab korrupsiyada ittiham olunaraq həbs edilən iş adamı Babək Zəncani barəsində iki il öncə İran hökumətinə xəbərdarlıq etdiyini açıqlayıb:
“Zəncani heç vaxt mənim müdirim olmayıb. Bu hekayənin necə uydurulduğunu bilmirəm. Mən iş adamıyam və işimi şəffaf görürəm. İran tanımadığı birinə milyardlarla pul verib və indi də geri ala bilmir. İki il əvvəl bu adamın onları aldadacağı barədə xəbərdarlıq etmişdim”.
Rza Zərrab İranın keçmiş prezidenti Mahmud Əhmədinejad dövründə hökumətlə heç bir əlaqəsinin olmadığını bildirib.