Dünya liderlərindən Paris terroruna reaksiya

7-01-2015, 21:27   
Dünya liderlərindən Paris terroruna reaksiya
Fransanın paytaxtı Parısdə baş verən terror hücumuna ölkə başçılarından sərt reaksiyalar gəlir.

Musavat.com-un məlumatına görə, dinlər haqqında karikaturaları ilə məşhur olan “Charlie Hebdo”jurnalına təşkil olunmuş silahlı basqın beynəlxalq reaksiyalara səbəb olub.

İlk açıqlama Ağ Evdən verildi



Ağ Evdən verilən açıqlamada deyilir: “Silahlı basqını mümkün olan ən şiddətli şəkildə qınayırıq. Ağ Evdəki hər kəs ölənlərin və yaralananların ailələrinin yanındadır”.

İngiltərə fransız xalqını dəstəkləyir



İngiltərənin baş naziri Devid Kameron Parisdə baş verən silahlı hücumu qınayaraq deyib: “Hücumu şiddətlə qınayıram. İngiltərə terrorla mübarizədə, mətbuat azadlığınının müdafiəsində fransız xalqını dəstəkləyir. Bu insanlar bizi söz azadlığından, demokratiyadan məhrum edə bilməz”.

Türkiyə XİN: "Bu hücumların islama qarşı hərəkətlərdən qaynaqlanır"



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verərək deyib: “Terrorun hər cürünə qarşıyıq. Terrorla mübarizədə ciddi bir əskiklik var. Bu cür hadisələr irqçilik və islama qarşı hərəkətlərdən qaynaqlanır. Hücumu şiddətlə qınayırıq”.

Almaniyadan teleqram



Merkel hadisəni düşməncə bir hücum adlandırıb. Almaniya konslerinin Fransa prezidenti Ollanda göndərdiyi teleqramda qeyd edilir: “Bu hadisə mətbuat, fikir azadlığı və demokratiyaya qarşı təşkil olunmuş düşməncə bir hücumdur”.

Almaniya XİN başçısı hücumu Avropa dəyərlərinə qarşı terror adlandırıb: “Birlikdə mübarizə aparmağa məcburuq. Avropanın qəlbində baş verən bu terrora birlikdə qarşı çıxacağıq”.

Azərbaycan prezidenti İlham Əliyevin teleqramı:



"Hörmətli cənab prezident, Parisdə törədilmiş amansız terror aktı nəticəsində insanların həlak olması və yaralanması xəbəri bizi sarsıtdı. Bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını hər cür dəstəkləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.