“Ağ Evin fikrincə, Amerika-Azərbaycan münasibətləri bundan sonra deqradasiyaya məruz qalmamalıdır”.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib.
O, Amerikanın Azərbaycanı itirməyə çalışmamalı olduğunu deyib:
“Hazırda iki ölkə arasında münasibətlər bəlli olmayan fazadadır. Ukrayna müharibəsi fonunda Vaşinqton Bakını Amerikanın baxış bucağında olan Cənubi Qafqaz regionunun şəklindən itməsinə icazə verməməlidir. Bu daha çox Azərbaycanın Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra onun enerji rolunun güclənməsi ilə əlaqədardır. Rusiyadan yan keçməklə daha geniş və davamlı enerji koridorlarının yaradılması Robert Sekutanın qarşısında duran əsas prioritet məsələlərdən biri olacaq. Üstəlik, o, əvvəlki vəzifələrində də enerji məsələlərinin koordinasiyası işini görüb. ABŞ-ın yeni səfirinin əsas fəaliyyət istiqamətlərindən biri də Əfqanıstandan çıxarılaraq Cənubi Qafqaz və Mərkəzi Asiya ərazisində yerləşdirilməsi planlaşdırılan hərbi resursların bölüşdürülməsi olacaq. Burada Azərbaycanın öhdəliyinə daha böyük pay düşəcək. Faktiki olaraq Ağ Ev adından Bakıya sonuncu sərfəli təklif veriləcək. Bununla da ya ölkəni daxili təhlükədən birdəfəlik azad etmək, ya da köklü gərginliklər yaratmaqla konkret nəticələr əldə edilməsinə cəhd göstəriləcək.
Qeyd eləmək lazımdır ki, Azərbaycan hakimiyyətinin xeyrinə olan və bütün hər şey üzərində suverenliyini saxlayan yaxşı şanslar var. Bunlardan biri yanvarın 1-dən fəaliyyətə başlamış Avrasiya İttifaqı ilə məsləhətləşmələr yolunu gücləndirməkdir. Yəni Avrasiya İttifaqı indi layihədən çıxaraq real fakt olub və onunla ciddi işləmək lazımdır”.