“Charlie Hebdo”nun baş redaktoru “Əl Qaidə”nin əsas düşmənlərinin siyahısında olub (FOTO)
“Charlie Hebdo” satirik həftəliyinin baş redaktoru, terror aktı zamanı ölən Stefan Şarbonye “Əl Qaidə” terror təşkilatının əsas hədəflərindən biri olub. Musavat.com xəbər verir ki, məlumatı “The Telegraph” yayıb.
Stefan Şarbonye “Əl Qaidə” tərəfindən “İslama qarşı cinayətlərə görə” axtarışda olan 9 adamdan biri olub. Siyahı “Əl Qaidə” tərəfindən maliyyələşdirilən “İnspire” nəşrində dərc edilib.