Politoloqdan sensasiya: “Teraktın arxasında FSB var”

7-01-2015, 23:28   
Politoloqdan sensasiya: “Teraktın arxasında FSB var”
“Avropanın qarışması, terror və nasist hərəkətlərlə alovlanması hazırkı dönəmdə Rusiyanın xeyrinədir”.

Axar.az xəbər verir ki, bu haqda politoloq Fərhad Mehdiyev açıqlama verib.

F.Mehdiyev Fransadakı qətliamın arxasında İŞİD-in olduğuna inanmadığını bildirib:

“Parisdə bir qrup azqın insanın əllərində silahla 12 nəfəri öldürmələri böyük bir faciədir və Breyvikin törətdiyi qətliamdan sonra bu, ikinci dəhşətli hadisədir. Avropada anti-müsəlman motivlərinin artdığı günlərdə bunun provokasiya olduğu gün kimi aydındır. Bu axmaqlığın Fransadakı İŞİD-çilər tərəfindən törədildiyinə inanmıram: çünki onlar olsaydılar, Fransa xüsusi xidmət orqanları onları çoxdan ələ keçirmişdi. Aydın olmayan məsələ bunun arxasında kimin durduğudur. Bu, böyük ehtimalla, ya avropalı faşistlərin, ya MOSSAD, ya da FSB-nin planıdır. Lakin əsas şübhəli kimi yenə də KQB-nin davamçısı FSB qalır. Avropanın qarışması, terror və nasist hərəkətlərlə alovlanması Rusiyanın xeyrinədir. Neftin qiymətinin düşməsi, Rusiyanın valyuta ehtiyatının azalması, Çinin Rusiya ilə ticarətdə rubldan imtina etməsi Moskvanın ağır günlərə qərq olacağını göstərir və bu, Putinin hazırda çıxış axtardığına işarədir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.