Baş Prokurorluqda “Azadlıq” radiosunda aparılan araşdırmalarla əlaqədar radionun Aran bürosunun ştatdankənar müxbiri, İmişli rayonunda yaşayan Azər Əliyev də istintaqa cəlb olunub.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Azər Əliyev şahid qismində ifadəsi alınması üçün sabah Baş Prokurorluğa dəvət olunub.
Bu barədə jurnalist A.Əliyev özü məlumat verib. Lakin o deyib ki, yolun uzaqlığı nəzərə alınaraq İmişli Rayon Prokurorluğuna gəlməsi tövsiyə edilib.