Parisdə “Şarli Ebdo” (“Charlie Hebdo”) jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinənlərdən biri polisə təslim olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu, 18 yaşlı Həmid Muraddır.
Qeyd olunur ki, adının sosial şəbəkələrdə hallandırılmasını görən H.Murad könüllü olaraq polisə təslim olub.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.