Hakimiyyətin neft şoku

8-01-2015, 10:47   
Hakimiyyətin neft şoku

Iqtidar «qara qızıl»ın ucuzlaşma prosesinin davam etməsindən təşvişə düşüb

Neftin ucuzlaşması davam etdikcə Azərbaycan hakimiyyətində narahatlıq artır. Hakimiyyət bu proses başlayan vaxt neftin ucuzlaşmasının ölkə üçün heç bir problem yaratmayacağını iddia edirdi.

Ölkə başçısı Ilham Əliyev bildirirdi ki, neftin bir bareli hətta 60 dollar olacağı təqdirdə belə Azərbaycan üçün təhlükə olmayacaq, çünki buna uyğun tədbirlər planı hazırdır. Lakin artıq neftin bir bareli 50 dollar civarındadır və qiymət düşməkdə davam edir. “Azadlıq”a daxil olan məlumata görə, seçki ilində və Avropa Yay Olimpiya oyunları ərəfəsində bu problemin dərinləşməsi hakimiyyəti təşvişə salıb. Bundan başqa hakimiyyət Rusiyaya tətbiq edilən sanksiyaların da Azərbaycan üçün ciddi problemlər yaradacağının fərqindədir. Məlumatda deyilir ki, bu baxımdan iqtidar bu il üçün planlaşdırılan infrastruktur layihələri dayandırıb. “Elə layihələr var ki, artıq dövlət büdcəsində onun icrası üçün vəsait də nəzərdə tutulub. Lakin həmin layihələrin də icrasına qadağa qoyulub”, - deyə mənbə bildirib. Bundan əlavə bütün dövlət qurumlarına ixtisarlar barədə göstəriş verilib. Güman ki, yaxın günlərdə ixtisarlara start veriləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.