Sultan Əhməddəki terror aktını Riana Ramazova həyata keçirib
Yanvar ayının 6-da Türkiyədə baş verən terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub.
təhlükəsizlik orqanlarının araşdırmalarından sonra məlum olub ki, Sultanəhməddəki terror aktını çeçen əsilli Riana Ramazova həyata keçirib.
Hazırda həmin qadının İŞİD-lə əlaqəsinin olub-olmadığı və hansı ölkədən Türkiyəyə girdiyi araşdırılır. Bir polisin şəhid olduğu və bir polisin də yüngül yaralandığı terror hadisəsini təşkil edən qadının meyiti ekpertizaya verilib. Çeçen əsilli qadının meyitinin yarılmasından və DNT araşdırmalarından sonra onun haqqında məlumatlar daha da dəqiqləşəcək.
Qeyd edəki ki, yanvar ayının 6-da kamikadze qadının özünü partlatması nəticəsində polis Kenan Kumaş və özünü partladan qadın ölüb.