Evi sökülən “Sovetski” sakini özünü yandırdı

8-01-2015, 14:43   
Evi sökülən “Sovetski” sakini özünü yandırdı
O, kompensasiyanın azlığına belə etiraz etdi
Az əvvəl Bakının “Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə verilən kompensasiyanın azlığına etiraz edən sakin özünü yandırıb.

ANS PRESS-in məlumatına görə, bu dəhşətli intihar hadisəsi haqda “İnterfaks-Azərbaycan” agentliyinə şahidlər xəbər veriblər.

Bildirilir ki, insident Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda həmin küçədə evlərin sökülməsi prosesi gedir. Özünü yandıran şəxsin kimliyi hələlik məlum deyil, ancaq onun sökülən evinə görə kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığı deyilir.

Hadisə yeri güclü mühafizə altına alınıb, jurnalistlər və digər şəxslər əraziyə buraxılmır. Təfərrüatları dəqiqləşdirməyə çalışırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.