Lənkəranın Şıxəkəran kəndindən olan bir nəfər itkin düşüb.
Yerli mənbədən verilən məlumata görə, Fidan Qasımova (ad şərtidir) adlı gəlin axtarışdadır. Onun bir neçə gün əvvəl tanışına qoşularaq qaçdığı bildirilir.
Mənbə iddia edir ki, F.Qasımova tanışı ilə Suriyadakı döyüşlərdə iştirak etməyə gedib. Onun İŞİD-ə qoşulduğu deyilir. Hazırda qadının Rusiyada işləyən həyat yoldaşı rayona qayıdıb və arvadını axtarır.
Baş verən hadisə ilə bağlı Lənkəran rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Lakin polis idarəsindən bu haqda məlumatsız olduqlarını bildirdilər.
Axar.az