İŞİD Babəkin edam edildiyi şəhərə hücuma başladı

8-01-2015, 15:18   
İŞİD Babəkin edam edildiyi şəhərə hücuma başladı
Hökumət qüvvələrinə hücum nəticəsində 2 nəfər ölüb, 30-a yaxın yaralı var
İraqın Samirə şəhərində İŞİD qruplaşmasının üzvlərinin hökumət qüvvələrinə hücumu nəticəsində azı 2 nəfər ölüb, 30-a yaxın adam da yaralanıb.
bu barədə BBC telekanalı xəbər verir.

Məlumata görə, Samirə şəhərinin qərbində əsas magistral yolu boyunca avtomobillərdə gizlədilmiş partlayıcı qurğular işə salınıb. Bundan sonra İŞİD silahlıları şəhəri minaatanlardan atəşə tutublar.

İŞİD-in Samirədə şiələrin əsas məbədlərindən sayılan əl-Əskəri məscidini hədəf ala biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Xürrəmilər hərəkatının liderilərindən biri Babək Xürrəmi 838-ci ildə Samirədə edam edilib. Onun elə bu şəhərdə dəfn edildiyi ehtimal edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.