Lənkəranski yenidən beynəlxalq axtarışa verildi

8-01-2015, 19:42   
Lənkəranski yenidən beynəlxalq axtarışa verildiİtaliya azərbaycanlı kriminal avtoritet Rövşən Canıyev barəsində yenidən beynəlxalq axtarış elan edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat İnterpolun rəsmi saytında da yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl də İtaliya Rövşən Lənkəranski barəsində beynəlxalq axtarış elan etmişdi. Belə ki, 2014-cü ilin avqustunda o, mütəşəkkil cinayətkarlıq, qəsb, rüşvətxorluq, çirkli pulların yuyulması və rəsmi sənədləri saxtalaşdırmaq ittihamları ilə axtarışa verilmişdi. Lakin daha sonra onun adı İnterpolun axtarış siyahısından çıxarılmışdı.

Xatırladaq ki, İtaliya 2013-cü ildə də R. Canıyevin barəsində beynəlxalq axtarış elan etmişdi.

Onu da əlavə edək ki, kriminal avtoritetin adı sonuncu dəfə İrəvanda baş tutan son 10 ilin ən böyük “sxodka”sında hallanmışdı. Məlumatlara görə, dünyanın müxtəlif ölkələrindən gələn avtoritetlərin iştirak etdiyi toplantıda onun “oğru” adından məhrum edilməsi barədə qərar qəbul edilmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.