Dünən Parisdə “Çarli Hebdo” satirik jurnalına hücum edənlərin yeri aşkarlanıb.
Axar.az xəbər verir ki, 12 nəfəri öldürən terrorçular Krepi-en-valois bölgəsində bir evdə gizlənirlər.
Evin mühasirəyə alındığı bildirilir. Terrorçulardan birinin təslim olduğu, digər iki nəfərin isə qardaş olduğu açıqlanıb. Fransa polisi əməliyyata başlayıb. Əlcəzairli olan Səid və Şərif Kuaşi qardaşlarının Parisin şimalında yerləşən "Villers-Kottertte" yanacaq məntəqəsində görüldüyü bildirilib.