Böyük Britaniya hökuməti Parisdəki terror aktından sonra ölkədə təhlükəsizlik tədbirlərini gücləndirib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası yayıb.
Məlumatda Fransadan gələn qatarların yoxlanılmasının artırıldığı deyilib. Britaniya hökuməti isə hazırda heç bir konkret təhlükənin olmadığını, tədbirlərin profilaktik xarakter daşıdığını bildirib.